ABŞ-da müsəlmanlara qarşı silahlı aksiya

ABŞ-da müsəlmanlara qarşı silahlı aksiya
03:36 30 May 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da bir qrup bayker əllərində Məhəmməd peyğəmbərin (s.) karikaturaları ilə ABŞ-ın Arizona ştatındakı Müsəlman İcması Mərkəzinin qarşısına toplaşmağı planlaşdırır.

ANS PRESS-in məlumatına görə, yürüş təşkilatçıları deyirlər ki, belə bir addım bu ayın əvvəlində Texas ştatında İslam peyğəmbərinin karikaturalarının müsabiqəsi zamanı iki silahlının açdığı atəşə cavab olaraq atılır.

O zaman qısa sürən atışmadan sonra hücumçüların hər ikisi öldürülmüş, bir polis işçisi yaralanmışdı. Bu gün öldürülən hücumçulardan birinin ibadət etdiyi Finekx məscidi qarşısına da yürüş tşəkil ediləcək.

Yürüş təşkilatçısı Con Ritzaymer nifrət yayan yürüşün dinc şəraitdə keçəcəyini, lakin hər etimala qarşı aksiya iştirakçılarının özləri ilə silah da aparacaqlarını yazıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=347770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR