Sedat Peker həbs olunub? - AÇIQLAMA

Qətərin “Al Jazeera” nəşri mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekerin saxlanıldığı iddiaları bağlı xəbərinə düzəliş edib.

Metbuat.az xəbər verir ki, nəşr mətndəki “Peker Birləşmiş ərəb Əmirliklərində saxlanıldı” cümləsi çıxarılıb. Bildirilib ki, televiziya buna dair məlumatı dəqiqləşdirə bilməyib.

Qeyd edək ki, ötən gün “Al Jazeera” nəşri Türkiyədə “cinayətkar təşkilatın lideri” olduğu üçün həbs qərarı verilən Sedat Pekerin BƏƏ-də saxlanıldığı bildirmişdi. Həmçinin nəşr mafiya liderinin Türkiyəyə təhvil verilə biləcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR