Sinifdə əxlaqsızlıq etdiyi deyilən şagirdin anası:

Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonunda orta məktəblərin birində baş verən insident insanların narazılığına səbəb olub. Belə ki, 282 saylı məktəbdə şagird sinifdə şalvarını çıxardır. O həmçinin qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir, müəllimələri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə həmin şagirdin valideynin görüntüləri yayılıb. Belə ki, valideyn qeyd edilən iddialarla razılaşmayıb.


Qeyd edək ki, məktəbdən verilən məlumata görə, məktəbin 7ç sinif şagirdi (müvafiq səbələrə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir. Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir.

Məktəbin yaydığı məlumatda bildirilib ki, şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR