Gəncədə qadın taksi sürücüsünü

Gəncədə yanacaqdoldurma məntəqəsində bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Yanacaqdoldurma məntəqəsində xadimə işləyən 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Əmrahovu bıçaqlayıb.

İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G. Məmmədovanın V. Əmrahovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir.

Polis faktla bağlı araşdırmaya başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR