Tanınmış dilçi alim vəfat edib

Azərbaycanın tanınmış dilçi alimi Qara Məşədiyev 82 yaşında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Bu barədə Metbuat.az- a AMEA Nəsimi adıma Dilçilik İnstitutundan məlumat verilib.

Qeyd edək ki, Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Toponimika sektorunun müdiri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR