x
Loading...

Dünyada nə qədər insan internetdən istifadə etmir?

Beynəlxalq Telekommunikasiya İttifaqı dünyada hələ də internetdən, sosial şəbəkələrdən istifadə etməyən insanların sayını açıqlayıb.

Metbuat.az xəbər verir ki, məlumata görə, dünya əhalisinin təxminən 2,9 milyard insan ümumiyyətlə internetdən istifadə etməyib. Bildirilir ki, hələ də "oflayn" olan 2,9 milyard insanın təxminən 96 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Hesabatı şərh edən BTİ-nin baş katibi Houlin Zhao "Hazırda dünya əhalisinin demək olar ki, üçdə ikisi onlayndır, hər kəsin internetə qoşulması üçün hələ çox iş görülməlidir", - deyə vurğulayıb.

Qeyd edək ki, 2019-cu ildə internetdən istifadə edənlərin təxmini sayı 4,1 milyard idisə, 2021-ci ildə 4,9 milyard olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR