“Neftçi” klubu “Qəbələ” ilə oyuna ciddi itkilərlə çıxacaq

“Neftçi” klubu “Qəbələ”yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XIV tur oyununa ciddi itkilərlə çıxacaq.

Metbuat.az xəbər verir ki, zədəli qapıçı Aqil Məmmədov, müdafiəçi Mamadu Mboc, yarımmüdafiəçilər Sezar Meza Kolli ilə Xorxe Korrea matçı buraxacaqlar.

Flaqmanın “Sumqayıt”la qolsuz heç-heçə etdiyi XIII tur matçından əvvəl əzələsini dartan Yusuf Lavalın və temperaturu yüksək olan Romen Baskın durumu isə hələlik bəlli deyil.

Qeyd edək ki, “Qəbələ”-“Neftçi” matçı dekabrın 15-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR