Öldürücü isti davam edir

Öldürücü isti davam edir
05:06 30 May 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda isti hava dalğası 2 000-dən artıq insan həyatına son qoyub.

ANS PRESS-in məlumatına görə, sinoptiklər qarşıdan gələn günlər ərzində temperaturun yüksək qalmaqda davam edəcəyini proqnozlaşdırıb.

Ölüm halları əsasən Andra Pradeş və Telanqana ştatlarında qeydə alınıb. Hinditsanın Meteorologiya İdarəsinin bildirdiyinə görə, ayın sonunadək hərarət 43 dərəcədən yüksək olacaq. Ötən həftə temperatur 48 dərəcəyə qalxıb. Xəstəxanalar gün vurması və dehidrasiyaya məruz qalan insanlarla doludur. Rəsmilər insanlara qızmar günəş altına çıxmamağı məsləhət görüb.
Paytaxt Dehlidə kondisionerlər üçün elektirik enerjisinə təlabat artdığına görə minlərlə insan elektiriksiz qalıb.

Qeyd edək ki, yaxın günlərdə cənub ştatlarda yağış mövsümü başlayır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=347771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR