Moskvada silahlı insident -

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində yerləşən Ryazansk rayonunda odlu silahla iki nəfər öldürülüb, dörd nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, hadisə Çoxfunksiyalı Dövlət Xidmətləri Mərkəzində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hücum edən şəxs hücumu əvvəlcədən planlaşdırıb.

Bildirilib ki, o, binaya daxil olub və qapının ağzından atəş açmağa başlayıb.

45 yaşlı Sergey Qlazqov odlu silahdan atəş açaraq mühafizəçini və qadın əməkdaşı öldürüb. Yaralanlardan biri 10 yaşlı qızdır.

Qeyd olunub ki, saxlanılan Sergey Qlazov 2010-cu ildə ordudan tərxis olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR