Pakistanda avtobus qətliamı: ən az 19 ölü (FOTO)

Pakistanda avtobus qətliamı: ən az 19 ölü (FOTO)
05:21 30 May 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanda iki avtobus naməlum şəxslər tərəfindən atəşə tutulub.

ANS PRESS-in məlumatına görə, Pakistanın Kvetta şəhərindən Kəraçiyə gedən iki avtobusda ən az 19 nəfərin naməlum silahlılar tərəfindən açılan aətşdə öldüyü bildirilir. Bu barədə “Reuters” xəbər yayır.

Xəbərdə bildirilir ki, hadisə Kvettanın 40 kilometr cənubunda yerləşən Mastunq şəhəri yaxınlğında qeydə alınıb. Avtobusda olan sərnişinlərdən 19-u öldürülüb, 25 nəfərin isə qaçırıldığı deyilir.

Naməlum silahlıların polis qiyafəsində olduğu vurğulanır.

Xatırladaq ki, sözügedən bölgədə bundan əvvəl də sərnişi avtobusuna hücum olmuşdu. Həmin hücumda isə 47 nəfər öldürülmüş və hücuma görə məsuliyyəti ölkədə fəaliyyət göstərən İŞİD-ə bağlı qruplardan biri üzərinə götürmüşdü.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=347772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR