İlhamə Qasımova bu məşhurları TƏNQİD ETDİ:

"Bəzi məşhurlar hər şeyi açıb, bayağı şəkildə göstərirlər, bunu sevmirəm".

Metbuat.az xəbər verir ki, bunu müğənni İlhamə Qasımova MTV Azərbaycanda “Üzə-düz” proqramında deyib.

“Ola bilər sən sərhədsiz yaşamaq istəyirsənsə yaşa. Bu gizli bağlı olmalıdır. Bəzi məşhurlar hər şeyi açıb, bayağı şəkildə göstərirlər, bunu sevmirəm. Mənə heç kimin şəxsi həyatı maraqlı deyil. Bir-biriləri ilə qalmaqal yaratmaq üçün bir-birinin həyatı barədə qalmaqallı nələrsə deyirlər. Bütün bunlar sənətçini çox ucuzlaşdırır. Müğənni yaxşı mənada əlçatmaz olmalıdır. Onların ardınca gedən ifaçılar örnək götürməlidirlər. Heç kim “Müqəddəs Məryəm” deyil. Sən hər nəsənsə bunu özündə saxla, başqasına ehtiyac yoxdur. Hər insanın öz problemi özünə bəsdir. Mənə maraqlı deyil kiminsə həyatında nə baş verir. Başqasına niyə mənim həyatım maraqlıdır, o da mənə maraqlı deyil ki niyə?!”.

Müğənni “Eurovsion” təmsilçilərimizdən danışıb. O qeyd edib ki, ən çox sevdiyi “Eurovsion” təmsilçisi Fərid Məmmədov olub:

"Düzdür, ən bəyəndiyim Fərid Məmmədov “Hold me” ifası ilə idi. Əfəndi 17-ci yer olsa da, bəyənmişdim. Rahat performans idi. Geyimi müzakirə olundu. Əgər səhnədə onun ifasına uyğun gəlirsə, bizim qarışmağa ixtiyarımız yoxdur. Ona qalsa, onda oxumayaq da. Müğənninin rejissoru, stilisti deyirsə, bu belə olmalıdır, bədəni o geyimə icazə verirsə, vəssalam da. Mənim kimi 46 bədən ölçü geyinən adam gedib “body” ilə çıxış etməz axı. Samira Əfəndi çox gözəl bədən quruluşuna malikdir. Gözəl səsi var, gözəl xanımdır. Geyimi mahnıya çox da uyğun idi".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR