Almaniyada yeni kansler seçildi

Olaf Şolts Almaniyanın yeni kansleri seçilib.

Metbuat.az xəbər verir ki, o, İkinci Dünya müharibəsindən sonra ölkənin 9-cu hökumət başçısı olub. 707 deputatdan 395-i O.Şoltsun namizədliyinin lehinə səs verib.

Sosial Demokrat Partiyasının namizədi olan O. Şolts Belvyu sarayında Prezident Valter Ştaynmayerlə görüşəcək. Burada Almaniya Prezidenti onu və 16 nazirdən ibarət yeni kabineti (7-si SPD-dən, 5-i Yaşıllardan və 4-ü FDP-dən) təsdiqləyəcək. Bundan sonra o, parlamentə qayıdaraq and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR