Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: Bunu bilsinlər ki, sərt cəzalanacaqlar

“Qiymət artımına təsir edən səbəblərdən biri də fürsətçilərdir. Məhsulları anbarlarda saxlayaraq qiymət artımına şərait yaradanlar ağır cəzalara məruz qalacaq”.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, bundan sonra həmin şəxslərə qarşı cəzalar daha da sərt olacaq. “Bunun bilsinlər. Həm əllərindəki mallar alınacaq həm də cəzalar yüksək olacaq” deyən Ərdoğan, yaxın vaxtlarda iqtisadi sahədə dirçəlişin olacağını bəyan edib.

“Vətəndaşlarımıza zülm edərək, oradan qazandıqlarının halal olduğunu güman etməsinlər” - deyə Ərdoğan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR