Türkiyə parlamentində qarşıdurma -

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf partiyasının deputatları ilə Cümhuriyyət Xalq Partiyasının vəkilləri arasında qarşıdurma baş verib.

Metbuat.az xəbər verir ki, buna səbəb CHP millət vəkili Erkan Aydının Daxili İşlər naziri Süleyman Soylunu tənqid etməsi olub. Vəkil bildirib ki, nazir, barəsində səsləndirilən ittihamlara televiziya proqramında yox parlamentdə cavab verməlidir və nazir gələcək nəsilləri deyil hakimiyyətdə qalmağı düşünür.

Qarşıdurmadan sonra iclasa fasilə verilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR