​Ukrayna üçün Rusiya Qərblə DİDİŞİR: Üçüncü Dünya Müharibəsi yaxındır -

“Rusiyanın SWIFT sistemindən çıxarılması ilə bağlı da müəyyən mesajların verilməsi iqtisadi sahədə olan təzyiqlərin ən son metodudur”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq STM-in baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov edib. Müsahibimiz bildirdi ki, müxtəlif dövrlərdə mətbuatda Rusiyaya qarşı belə təzyiq alətindən istifadə olunması haqqında məlumatlar dolaşsa da bu realda öz təsdini tapmadı. Çünki Rusiya iqtisadiyyatı da dünya iqtisadiyyatının tərkib hissəsidir. İlyas Hüseynov xüsusilə vurğuladı ki, nəzərə almaq lazımdır ki, Rusiya Ümumdünya Ticarət təşkilatına üzvdür. Digər tərəfdən Rusiyanın xammal ehtiyatlarına ciddi şəkildə Qərbin asılılığı var və bu baxımdan Rusiyaya qarşı istənilən təzyiq iqtisadi balansı poza bilər.

 Ermənistanda millətçilik meyilləri qanqren kimi erməniləri daxildən aşındırır -

“Dünyanın təhlükəsizlik arxitekturası haqqında da Qərb analitikləri eləcə də NATO-nun hərbi ekspertləri, generallar ciddi şəkildə proqnozlar verirlər ki, bu ilin qışında Rusiya hücuma keçəcək. Bunu deməyə onların da kifayət qədər əsasları var. Fikirlərin yaranmasına səbəb odur ki, artıq sərhəddə ciddi şəkildə ağır texnika cəmləşib və eyni zamanda əsgəri qüvvə də artırılmaqdadır. Artıq hücuma keçməklə bağlı hətta manevrlərini istiqamətləri də müəyyənləşmişdir. Bəzi analitiklərin proqnozlarına görə, Ukraynanın cənubunu tamamilə Rusiya işğal edəcək hətta Kiyevə qədər rus qoşunları gedib çıxa bilər. Bu açıqlamalar arasında ölkədə keçirilən hərbi kampaniya vaxtı Zelenski hakimiyyətinin devriləcəyi və Rusiya yönümlü marionet bir rejimin Ukraynanın rəhbərliyinə gətiriləcəyi haqqında proqnozlar var. Konspiroloji yanaşmalar olsa da hazırda baş verən geosiyasi proseslər onlara da müəyyən qədər haqq qazandırır. Düşünürəm ki, digər tərəfdən Rusiyanın əsas istəyi hərbi gücünün nümayiş etdirilməsi əzələ nümayişi və Qərbdən hər hansısa imtiyazların və güzəştlərin əldə olunması imkanlarını axtarılmasıdır.Ötən gün keçirilmiş Bayden-Putin görüşündə də liderləri arasında isti münasibətə yönəlik mesajlar olsa da lakin kameralardan uzaqda hətta bir-birini təhdid etmələri ilə bağlı dünya mətbuatında məsələlər müzakirə olunur”.

Rusiyanın əsas istəyinin təbii ki, karbohidrogen ehtiyatlarının Qərbə rahat rentabelli şəkildə nəqli olduğunu qeyd edən İlyas Hüseynov vurğuladı ki, burada Şimal axını iki layihəsi əsas prioritet təşkil edir. İlyas Hüseynov deyir ki, müharibə ehtimalı çox olsa da, ötən dövrlərlə müqayisədə hazırki proseslər daha çox siyasi və geosiyasi dividentlərin əldə olunması üçün atılan addımlar kimi dəyərləndirilir. Politoloq fikirlərinə əlavə etdi ki, Rusiyanı geri addım atmaq üçün Qərbin böyük bir güzəşti bu addımdan geri çəkilməyə məcbur edə bilər.

“Şəxsi müşahidələrim bundan ibarətdir ki, həm 2008-ci ildə Gürcüstanda baş verən hadisələrdə, həm 2014 cü ildə ildə Krım ətrafında baş vermiş proseslərdə Rusiya yalnız hərbi texnikasını nümayiş etdirmirdi həm də hərbi kampaniyalarla bağlı anonslar da olmurdu. Rusiya istədiyini hər zaman əldə edir və bu istiqamətdə strateji maraqlarından bir addım da geri çəkilmir. Eyni zamanda Ukraynada həm “BayraktarTB2” pilotsuz uçuş aparatlarının alınması, həm də orduda olan mənəvi psixoloji durumun artırılması yeni Müdafiə Nazirinin təyinatı, Zelenskinin Ukraynanın cənub şərqinə səfəri və digər məsələlər vardır ki, Ukraynanın da müharibəyə hazırlıqlı olduğunu göstərir. Ukraynalı hərbi ekspertlər Qafqazdakı olan vəziyyətlə Ukraynanı müqayisə etməyə çalışsalar da vəziyyət tamamilə başqadır. Hazırkı Ukraynanın qüdrəti ona imkan vermir ki, separatizm meyllərini sonlandırsın və ərazi bütövlüyü bərpa etsin”.

Politoloq hazırki vəziyyətdə Qərbin ciddi şəkildə Ukraynaya siyasi dəstək göstərdiyə diqqət çəkərək bildirdi ki, Kiyevə iqtisadi hərbi yardımlar da olunur. Ukraynanın dəniz qüdrətinin artırılması istiqamətində təlimlər keçirir, lakin bunlar yetərsizdir və Zelenski də reallığı qəbul etməlidir. Lakin təəsüfləndirici məqam ondan ibarətdir ki, Avrasiyanın ən əsas geosiyasi nöqtələrindən hesab olunan Ukrayna üzərində Qərblə Rusiya mübarizə aparır.

Bəs qarşıdakı günlərdə Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar daha ciddi və qaynar forma ala bilərmi?

“Bütün proqnozların əksinə olaraq mən elə qənaətdəyəm ki, Rusiya istədiyini əldə etməyincə bu hərbi güc nümayişi davam etdiriləcək. Daha sonra isə diplomatik siyasi istiqamətdə məsələlər çözüləcək. Əks halda Rusiya iqtisadiyyatı üçün də böyük itkilərlə nəticələnə, ölkədəki olan daxili ictimai sabitlik də pozula bilər. Buna görə də Rusiya öz geosiyasi ambisiyalarını yalnız hərbi gücün nümayiş etdirilməsi ilə kifayətlənəcək. Genişmiqyaslı hərbi kompaniyanın başlanılması, eskalasiyanın həyata keçirilməsi kənar oyunçuların da bura müdaxilə etməsi ilə üçüncü dünya savaşını da gətirə bilər. Ona görə də bu cür hərəkətlərdən həm Qərb, həm də Rusiya tərəfi ehtiyatlı olmalıdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR