"Omicron" variantı 57 ölkədə görülüb -

COVID 19-un "Omicron" ştamı dünyanın 57 ölkəsində tapılıb.

Metbuat.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, müəyyən edilmiş halların əksəriyyəti səyahətlə bağlıdır. Qeyd edilib ki, əgər SARS-CoV-2 infeksiyasına yoluxmanın 1%-i “omicron” variantından qaynaqlanarsa, o, 2022-ci il yanvarın 1-dək ümumi yeni yoluxma sayının 50%-ni təşkil edə və 120%-dək artım nümayiş etdirə bilər.

Qeyd olunub ki, son iki ayda qeydə alınan COVID-19-a yoluxma hallarının 99,8%-ni “delta” ştamına yoluxma təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR