Xorvatiya millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin müqaviləsinin müddəti uzadılıb.

Metbuat.az xəbər verir ki, 55 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Zlatko Daliç 2017-ci ildən yığmanın sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında finala yüksəlib. Xorvatiya həlledici görüşdə Fransaya 2:4 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR