Azərbaycanda 58 siyasi partiya var

Azərbaycanda hazırda 58 siyasi partiya var. Onlardan 7 siyasi partiya 2020, 2 siyasi partiya isə bu il qeydiyyata alınıb.

Metbuat.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeyri-hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev bildirib. O bildirib ki, ölkədə 3359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri var.

Şöbə rəisi deyib ki, son 5 ildə 10 minə yaxın layihə üzrə vətəndaş cəmiyyətlərinə 900 milyon manatdan çox məbləğ ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR