Bakının Suraxanı rayonunda qadının quyuya düşməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.
ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, zərərçəkmiş yaşadığı evin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşüb.
Hadisə yerinə dərhal FHN-nin xilasediciləri cəlb olunub və xəsarət aldığı üçün çıxa bilməyən qadın quyudan çıxarılıb.
Zərərçəkən hadisə yerinə çağırılan təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.
Əməliyyat saat 22:35-də başa çatıb.