Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib

Dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

Metbuat.az xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Fərid Qayıbov güləşin ölkənin ən populyar idman növlərindən biri olduğunu, bu növdə böyük uğurlar qazanıldığını və bu nailiyyətlərin bundan sonra da davam edəcəyinə inandığını bildirib.

Mandat komissiyasının üzvləri və iclasın gündəliyi təsdiq olunduqdan sonra AGF-nin baş katibi Orxan Məmmədov 2018-2021-ci illərdə güləşdə qazanılan nəticələrlə bağlı hesabatı təqdim edib.

Daha sonra səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov AGF-yə üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov növbəti 4 il müddətinə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR