2021-ci ildə ən çox tələb olunan peşələrin adı AÇIQLANDI

2021-ci ilin ən tələb olunan peşələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, reytinqə sürücülər, satış menecerləri və satış işçisi peşələri başçılıq edirlər .

Son bir il ərzində iş elanı saytlarında 157,9 min vakant yer sürücü, 147,3 min vakant satış meneceri, 145,7 min vakant satış işçisi, o cümlədən satış köməkçiləri və kassirlər üzrə elan edilib. Reytinqin başında həmçinin mühasiblər (87,2 min), müştəri xidmətləri üzrə menecerlər (80,5 min) və anbardarlar, o cümlədən yükləyici və toplayıcı (74,9 min), aşpazlar (53,8 min) var. Siyahıda hüquqşünaslar (18,5 min), sistem inzibatçıları (19,5 min), kuryerlər (19,9 min), baş mühasiblər (21,4 min) və ofisiantlar da (21,5 min) olub.

Amma bu ilin lideri sürücü peşəsi - son bir neçə ildə siyahıya başçılıq edən satış menecerlərini ikinci yerə çıxararaq, iki pillə irəliləyib. 2020-ci ildə ikinci yerdə qərarlaşan mühəndislik peşəsi bir il ərzində əhəmiyyətli azalma ilə geriləyib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR