Bakı metrosunda ölən şəxsin kimliyi məlum oldu -

Bu gün səhər saatlarında metronun "28 May” stansiyasında vəfat edən şəxsin kimliyi məlum olub.

Metbuat.az xəbər verir ki, vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının 72 yaşlı baş müəllimi Əhməd Babayev olub.

Bir 1 nəfər şəkili ola bilər

09:21

Bakı metrosunda sərnişin dünyasını dəyişib.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib:

"Hadisə səhər saat 8:10-da baş verib. Yaşlı kişi qatarda özünü pis hiss edib, "28 may" stansiyasında platformaya düşərkən artıq özündə olmayıb. Dərhal təcili tibbi yardım çağırılıb və hadisə yerinə gələn həkim ölüm faktını təsdiq edib”, - deyə B. Məmmədov bildirib.

Gülbəniz Hüseynli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR