İŞİD Qəddafinin şəhərini talan edir

İŞİD Qəddafinin şəhərini talan edir
05:56 30 May 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD-çilər Qəddafinin doğma şəhərində hava limanlarından birini ələ keçirib.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması Liviyanın paytaxtı Tripolinin 450 kilometr şimalında yerləşən Sirt şəhərində hava limanına hücum edərək nəzarətləri altına alıblar.

Tripoli hökumətini dəstəkləyən Liviyanın Şafaqi ittifaqına bağlı hərbçilərin hava limanından çəkilməsindən sonra İŞİD silahlılarının oraya girdiyi bildirilir.

Qeyd edək ki, keçmiş Liviya prezidenti Muammər Qəddafinin doğulub-böyüdüyü Sirt şəhəri dörd ay əvvəl uzun müddət davam edən silahlı qarşıdurmalardan sonra İŞİD-in nəzarətinə keçibi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=347777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR