Konfrans Liqası: "Tottenhem"in oyunu ləğv edilib

İngiltərədə "Tottenhem" və Fransanın "Renn" komandaları arasında dekabrın 9-da keçirilməli olan UEFA Konfrans Liqasının qrup oyunu ləğv edilib.

Metbuat.az xəbər verir ki, buna səbəb klubun heyətində koronavirusa kütləvi yoluxma halıdır.

Premyer Liqa təmsilçisində 6 nəfərin COVID-19 testi müsbət çıxdığından UEFA matçın oynanılmamasına qərar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR