​Ermənistanı sıxışdırmağa davam etməliyik -

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiası üzrə qərarını açıqlayıb. Məhkəmə İrəvanın əsas iddiası və məqsədi olan Azərbaycanda saxlanılan erməniəsilli şəxslərin dərhal və qeyd-şərtsiz geri qaytarılmasına dair iddiasını təmin etməyib.

Həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da cavabsız qalıb.

Metbuat.az xəbər verir ki, siyasi şərhçi Kənan Novruzov deyir ki, İrəvan beynəlxalq müstəvidə növbəti dəfə ifşa olundu. Beləliklə Azərbaycan Brüssel görüşü ərəfəsində əlini gücləndirən fakt əldə etdi.


"Ancaq bundan sonra Ermənistanın havadarlarının, o cümlədən Fransanın mövqeyinin dəyişəcəyini düşünmək doğru deyil. Çünki onlar İrəvanı haqlı olduğuna görə dəstəkləmirlər. Özləri də hər şeyi görür, anlayırlar. Sadəcə Ermənistan bir çox üçün sadəcə “maşa”dır. Beynəlxalq Ədalət Məhkəməsinin əsas qərarlarından biri də Ermənistanda hakimiyyətin radikal qüvvələrlə daha ciddi mübarizə aparması ilə bağlıdır. Bu, hər şeydən əvvəl mövcud iqtidarın kifayət qədər güclü olmadığını, daxildə ikitirəliyin hökm sürdüyünü göstərən məqamdır".

Kənan Novruzov qeyd etdi ki, radikal qruplaşmaları neytrallaşdırmaq hər kəsdən çox elə Paşinyanın özünə lazımdır.

"Biz istənilən halda işimizi görəcəyik. Geri çəkilməməli, əksinə, hücum mövqeyində daha qətiyyətli addımlar atmalıyıq. Beynəlxalq hüquqi platformalarda Ermənistanın sıxışdırılması prosesi bundan sonra da davam etməlidir. Məlumdur ki, otuz il ərzində yığılan məsələləri bircə məhkəmə ilə həll etmək mümkün deyil. İkinci bir tərəfdən isə biz hüquqi-siyasi meydanda irəlilədikcə İrəvan həm tədricən təklənəcək, həm də normal, konstruktiv mövqe sərgiləməyə məcbur qalacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR