Türkiyə ordusunun 4 hərbçisi şəhid oldu

Türkiyə ordusunun Suriyada 1, İraqda 3 hərbçisi şəhid olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, çavuş Əmrə Ceylan Suriyanın şimalındakı “Bahar Qəlxanı” bölgəsində əməliyyatdan qayıdarkən uçurumdan yıxılıb. Xəstəxanaya yerləşdirilən hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

İraqın şimalında isə terrorçuların hücumu nəticəsində 3 əsgər şəhid olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR