Deniz Seki həbsxanada görün nə edib

Deniz Seki həbsxanada görün nə edib
06:26 30 May 2015
372 Şou
Ölkə mətbuatı
A- A+

Narkotik maddə satmaq iddiası ilə həbs edilən türkiyəli müğənnidən yeni xəbər yayılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış müğənnisi, narkotik istifadəsi və təminatçısı olmaq ittihamı ilə həbsdə olan Deniz Sekinin meneceri müğənni haqqında yeni açıqlamalar verib.

Maqazin proqramlarından birinə telefon bağlantısı vasitəsilə canlı olaraq qoşulan menecer Özgür Aras yeddi aydır həbs həyatı sürən müğənninin həbsxanada nələr yaşadığını, eləcə də yaşadıqlarını haqsızlıq kimi gördüyü haqda danışıb.

Bundan başqa, o, musiqi kariyerası üçün darıxan Deniz Sekinin məhkumların həyatından bəhs edən, xatirələrdən ibarət kitab yazdığını dilə gətirib. Onun sözlərinə görə, kitabın yazı işləri artıq tamamlanıb və yaxın zamanda çap ediləcək. Müğənni bəzi vaxtlarını isə şeir yazmaqla keçirir.

Qeyd edək ki, məşhur müğənni ötən il narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=347780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR