Lənkəranda “Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, Lənkəran şəhəri A.Məhərrəmov adına 7 saylı tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, məktəbin direkoru Səadət Kazımova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

Çıxışlar zamanı xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının önəmi qeyd edilib. Yeniyetmə və gənclərin məhz bu dəyərlərimiz əsasında tərbiyə edilməsinin, vətənpərvərlik ruhunda formalaşmasının vacibliyi vurğulanıb. Natiqlər, zərərli vərdişlər və radikal dini təsirlərin fəsadları barədə tədbir iştirakçılarına məlumat verərək onları bu baxımdan diqqətli olmağa səsləyiblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR