Baş Nazir QƏRAR VERDİ - SON DƏQİQƏ

Nazirlər Kabineti “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnaməni təsdiq edib.

Metbuat.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında” Prezidentin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarda vətəndaşların kommunal, yol, nəqliyyat problemləri və ictimai əhəmiyyət kəsb edən digər məsələlər üzrə nəzarətin həyata keçirilməsi ilə bağlı müraciətlərini elektron xəritə üzərində qeyd olunaraq aidiyyəti dövlət qurumlarına operativ surətdə göndərilməsini təmin edən “ASAN müraciət” informasiya sisteminin formalaşdırılmasının, aparılmasının və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyanın hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilib.

Qərarın qəbulu vətəndaşların “ASAN müraciət” informasiya sistemi vasitəsilə yuxarıda qeyd edilmiş məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılmasında operativliyin təmin olunmasına və ictimai nəzarətin daha da təkmilləşməsinə xidmət edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR