İranda qaz emalı zavodunda partlayış

İranın cənubundakı Fars əyalətindəki Parsian qaz emalı zavodunda qaz kondensatının nəqli üçün nəzərdə tutulan boru partlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.

Hadisə yerinə gələn xilasedicilər tərəfindən boru bağlanıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Qeyd olunur ki, partlayışa səbəb ərazidə işləyən ekskavatorun qaz borusuna zərbəsi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR