Ədəbiyyat müəlliməsinin açıq görüntüləri sosial medianı çalxaladı: Valideynlər etiraza qalxdı -

Rusiyada 23 yaşlı rus dili və ədəbiyyat müəlliməsi Viktoria Kaşirinanın görüntüləri qalmaqal yaradıb.

Metbuat.az xəbər verir ki, müəllimənin soyunduğuna dair video sosial mediada yayılıb. Görüntülərdə müəllimənin erotik tərzdə rəqs etdiyi müşahidə edilib. Görüntülər valideynlərin sərt etirazına səbəb olub.


Onlar Viktorianın qız şagirdləri üçün pis örnək olduğunu irəli sürərərək, müəllimədən sosial media hesabını bağlamasını tələb ediblər. Etirazlardan sonra məktəb rəhbərliyi görüntülərlə bağlı araşdırmalara başlayıb.


Müəllimə bildirib ki, o videonu şagirdlərin baxması üçün paylaşmayıb. 23 yaşlı qızın dediklərinə görə, o həm də rəqqasdır və rəqs etdiyinə dair görüntülərini sosial media hesabında paylaşıb.

Qeyd edək ki, müəllimənin açıq görüntüləri böyük kütlə tərəfindən izlənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR