Ev almaq istəyənlərə MÜHÜM XƏBƏR:

"Gələn il evlərin qiymətinin qalxma ehtimalı çox yüksəkdir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı iqtisadçı ekspert Eldəniz Əmirov edib. Ekspertin sözlərinə görə, buna səbəb bankların orta faiz dərəcəsinin artmasıdır.

"Bankların depozitlər və əmanətlər üzrə orta faiz dərəcəsi 8,5%, illik infilyasiya isə 10%-i keçib. Sadə dildə desək, əmanətçiyə infilyasIyanın vurduğu zərər bankın ona vəd etdiyi xeyirdən çoxdur. Odur ki, gələn il depozit və əmanət həcmlərinin artım templərinin bu illə müqayisədə azalması gözləniləndir. Çünki insanlar əlində olan pulu evdə saxlasa ən azı 10% itirəcəyini, banka qoyduğu halda yenə 1-3 faiz itirəcəyini düşünəcək. Buna görə də əmanətlərin ən etibarlı saxlanılması və qorunması üçün dədə-baba üsuluna üz tutanların sayı artacaq".

Eldəniz Əmirov onu da qeyd etdi ki, bu üsul isə vəsaitlərin daşınmaz əmlaka yatırılmasına, daha dəqiq desək, ev alanların sayının artmasına gətirib çıxaracaq. Bu da evlərin qiymət artımına səbəb olacaq ciddi faktordur.

"Bir müsbət tərəfi odur ki, tikinti sektorunda canlanma yaranacaq və canlanma kredit portfelində tikinti sektorunun payını artırmaqla real sektora kredit qoyuluşunun həcmini artırmış olacaq. Amma böyük rəsmə baxsaq, əmanət faizləri və infilyasiya faizləri arasındakı əks fərq problemlər yarada bilər. Çünki, indiyə qədər manatla depozitlərin artım tempi kredit borclarının artım tempini üstələdiyindən bank sistemində likvidlik normal hesab edilə bilərdi. Amma qeyd etdiyim səbəbdən depozitlərin artım tempinin istiqamətini dəyişsə, bu bank sektoru üçün ciddi qayğıya çevriləcək".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR