Baş Qərargah rəisindən ŞOK AÇIQLAMA:

"Sürünü şir idarə edərsə, aslan balasına çevrilər, şirə qoyun rəhbərlik edərsə, o şirlər qoyun sürüsünə çevrilər".

Metbuat.az xəbər verir ki, bu fikirləri Baş Qərargahın keçmiş rəisi, keçmiş baş hərbi inspektor Movses Akopyan erməni mediası "Hrparak"a müsahibəsində bildirib. Soçidə üç tərəfli görüşün detalları barədə danışan Movses Akopyan qeyd edib ki, biz vətənimizi hissə-hissə itirəcəyik.

"Xalqımızın 100 il əvvəlki səhvinə bir daha yol verməyək. Əgər çox istəsək, hər şeyi tamamilə itirəcəyik. Cəmiyyətin bir hissəsi iddia edirsə ki, dəhliz olacaq, başa düşürlər ki, yol Azərbaycana veriləcək. Belə bir şey yoxdur, amma yol verməklə Azərbaycan avtomobillərinin təhlükəsizliyinə Rusiya sərhəd qoşunları nəzarət edəcək".

Baş verənlərdə hazırki hakimiyyəti günahlandıran Akopyan deyir ki, indiki siyasi hakimiyyəti, onların bu illər ərzində atdığı addımları müəyyən etdikdə anlayırsan ki, onlara elə gəlir ki, siyasi bəyanatlarla orduya rəhbərlik edə bilərdilər.

"Paşinyan orduya rəhbərlik etmir, müdafiə naziridir. Biz isə anlamalıyıq ki, o, bu hakimiyyətdə ən adekvat adamdır" Movses Akopyan qeyd edib.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR