Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo yaranıb

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 115 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26654,5 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 17320,7 milyon dollarını və ya 65,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 9333,8 milyon dollarını (35,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 7986,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

Nəticədə, 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,4 faiz artmış, real ifadədə isə 1,8 faiz, o cümlədən idxal 12,3 faiz azalmış, ixrac isə 6,6 faiz artıb.

2021-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 42,2 faiz, real ifadədə 31,0 faiz artaraq 2053,6 milyon dollar təşkil edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR