Azərbaycanda komanda yoldaşını təhqir edən oyunçu cəzalanıb

AFFA İntizam Komitəsi "Neftçi" İK-in futzalçısı Adil İsmayılova 3 oyunluq cəza verib.

Metbuat.az xəbər verir ki, səbəb oyunçunun Yüksək Liqanın X turunda “Alyans”la görüşdə komanda yoldaşını təhqir edərək birbaşa qırmızı vərəqə almasıdır.

İsmayılov 30-cu dəqiqədə həmkarına qarşı qeyri-etik ifadələr işlədib.

Qeyd edək ki, görüş "Neftçi" İK-in 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR