Müdirin sözləri qadını özündən çıxardı: Hisslərinə hakim ola bilmədi - 2 milyonluq... -

Tailandda qadın işçinin hisslərinə hakim ola bilməməsi dəhşətli hadisəyə səbəb olub.

Metbuat.az xəbər verir ki, müdir qadın işçisindən daha fəal olmağı və yaxşı işləməyi tələb edib. Müdirin tənqidlərindən qəzəblənən 38 yaşlı qadın, yağların saxlanıldığı anbara od vurub.


Məlumata görə, o, kağız parçasını yandıraraq, yağ qabının içinə atıb. Nəticədə alov sürətlə yayılıb.


Yanğınsödürənlər alovun qarşısını almaq üçün 4 saat səy göstərib. Şirkətə 2 milyon dollar zərər dəyib. Qadın nəzarətə götürülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR