Filippində törədilən iki partlayış nəticəsində 15 nəfər xəsarət alıb

Filippində törədilən iki partlayış nəticəsində 15 nəfər xəsarət alıb
07:12 30 May 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 07:07 ]


Bakı-APA. Filippinin cənubunda, polis məntəqəsi yaxınlığında törədilən iki partlayış nəticəsində azı 15 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əvvəl naməlum şəxs məntəqəyə qumbara atıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb.

 

Bir müddət sonra isə əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 10 polis yaralanıb. Xəsarət alanlar yerli hospitala yerləşdirilib. Partlayışların kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR