Ulu Öndər Heydər Əliyevin anım günündə şəhidlərimizin adından ağac əkilib -

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Qırmızı Ürəklər Fondunun birgə təşkilatçılığı ilə Abşeron rayonunda həyata keçirilən Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyasında hər şəhidimizin xatirəsinə həsr edilmiş bir ağac (3000-ə yaxın) əkilib.

Metbuat.az xəbər verir ki, ağacəkmə aksiyasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Abşeron rayon İcra Hakimiyyətin Rəhbərliyi, Millət vəkili Şahin Seyidzadə, Millət vəkili Müşfiq Məmmədli Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyətinin fəal üzvləri, Şəhid ailələri və Qazilər iştirak ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi istiqamətində gördüyü tarixi əhəmiyyətli fəaliyyətindən söz açıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Qarabağla bağlı arzusunun gerçəkləşməsində onun siyasi kursunun layiqli davamçısı müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun fədakarlığı,ümumxalq birliyinin nəticəsində Qarabağ torpaqlarımız erməni işğalçılarından azad edilərək xalqımız qələmə Zəfəri qazanıb.

Bu Tarixi Zəfərin əldə edilməsində xalqımızın vətənpərvər örnəyi olan Şəhidlərimiz qan tökərək Şəhidlik şəhadətinə qovuşaraq, Qazilərimiz sağlamlığını itirərək 30 illik Qarabağ həsrətinə son qoyublar.

Ağacəkmə aksiyası ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibəti ilə 44 günlük Vətən Müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Müqəddəs Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş bu cür milli və vətənpərvər ruhlu ağacəkmə aksiyasını dövlət QHT münasibətləri fonunda həyata keçirməkdə əsas məqsəd qüdrətli Ali Baş Komandan, Prezident İlham Əliyev rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı doğma Qarabağ torpaqlarmızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik məqamına ucalmış Şəhidlərimizin əziz xatirəsinə dərin hörmət, diqqət və qayğı ilə yanaşaraq vəzifəmizdən, peşəmizdən asılı olmayaraq hər birimiz bu gün Şəhidlərimizin adına ağac əkərək öz vətəndaşlıq, soydaşlıq, borcumuzu qürur hissi ilə edirik ki, əbədiyaşar Şəhidlərimizin ruhları şad olsun! İcraçı direktor Azərbaycan tarxinin 1990-1993-cü illər dövrünə nəzər salaraq qeyd etdi ki, tarixin bu dönəmində torpaqlarımız Erməni qəsbkarları tərəfindən işğal edildi, işğala məruz qalmış bölgələrimizdən olan vətəndaşlarımız doğma yurd-yuvalarından didərgin salınaraq məcburi köçkün olmağa məhkum olublar. Bir sözlə, tarixin bu dönəmində Azərbaycanda rəhbər səriştəsizliyi, xaos, anarxiya, siyasi qarşıdurma, qardaş qırğını təhlükəsi ilə üzbəüz idi. Məhs belə bir vaxtda xalqımız öz xilaskarını Ümummilli Liderimiz Heydər Əliyevi Azərbaycana rəhbərlik etməyə dəvət etdi.

Ulu Öndər Bakıya gələrək Azərbaycan müstəqillik tarixini əbədləşdirdi, ölkəmizin gələcək inkişafının əsaslarını yaratdı. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün bütün imkanları səfərbər etdi. Hər birimizin xatirindədir ki, Ulu Öndər Heydər Əliyev məcburi köçkünlərlə görüşündə hər zaman böyük inamla söyləyirdi ki, mütləq onlar öz doğma torpaqlarına qayıdacaqlar.Bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin Qarabağ arzularını övladı qətiyyətli lider, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan ordusu gerçəkləşdirdi. Birlik rəsmisi onu da vurğuladı ki, Vətən Müharibəsi Əlilərinə Kömək İctimai Birliyi olaraq gələcəkdə də dövlət qurumları ilə koordinasiyalı milli vətənpərvər əzimdə ctimai-siyasi, mənəvi dəstək yönümdə təşəbbüslər, tədbir və layihələr davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR