Mətanət İsgəndərli göz yaşı tökdü:

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərdən danışıb.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan sənətçi Türkiyədə yaşayan övladı üçün çox darıxdığını deyib. Veriliş zamanı Ülkərin görüntülərini görən İsgəndərli göz yaşlarını saxlaya bilməyib:

"Ülkər üçün darıxıram. Hər dəfə sevinə-sevinə yanına gedirəm, qayıdanda deyirəm ki, bu ayrılıqlar məni öldürəcək. Görüntülü danışıram, amma bir də var ki, onu hiss edəsən, öpəsən, qucaqlayasan. Bir də görürsən ki, Ülkərə bənzəyən bir qız görürəm, ürəyim əsməyə başlayır. Sonuncu dəfə yayda yanına getmişdim. Beş ay əvvəl Tuana adlı qızı dünyaya gəlib".

Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı ilə ailəlidir və orada yaşayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR