Respublika günü Almaniyada qeyd edilib

Respublika günü Almaniyada qeyd edilib
07:23 30 May 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 30 may, AZƏRTAC 
Berlində yerləşən Berlin-Brandenburq Elmlər Akademiyasında Respublika günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə qəbul keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov regionda aparıcı dövlətə çevrilmiş Azərbaycanın müxtəlif sahədə əldə etdiyi uğurlar, Azərbaycan-Almaniya münasibətlərinin tarixi və bugünkü vəziyyəti, Prezident İlham Əliyevin cari ildə Almaniyaya etdiyi iki işgüzar səfərin bu əlaqələrin inkişafına verdiyi töhfə, habelə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verib. Səfir eyni zamanda tədbir iştirakçılarını Bakıda keçiriləcək ilk Avropa Oyunlarını canlı izləmək üçün Azərbaycana dəvət edib və “Azərbaycan Hava Yolları”nın Bakı-Berlin marşrutu üzrə birbaşa uçuşlarının açılmasını onların diqqətinə çatdırıb.
Tədbirə Almaniya ictimaiyyətinin nümayəndələri, Almaniya hökumətinin təmsilçiləri, Bundestaqın üzvləri, eləcə də xarici diplomatik korpusun, Almaniya mətbuatının, Azərbaycan və türk diasporunun təmsilçilərindən ibarət 300 nəfərə yaxın qonaq qatılıb. Almaniya XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kord Mayer-Klodt səfir Pərviz Şahbazovu Respublika Günü münasibətilə AFR hökuməti adından təbrik edib.
Tədbirdə həmçinin “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli” başlıqlı konfransda iştirak etmək üçün Berlinə gəlmiş Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, professor Kamal Abdullanın rəhbərlik etdiyi hökumət və dini icmaların təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Respublika_gunu_Almaniyada_qeyd_edilib-859304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR