Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı
07:26 30 May 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Bakıda mənzillərdən birində meyit aşkar edilib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nərimanov rayonunda mənzildə Rəhmanov İqor Vladimiroviç bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

Təvəllüdü məlum olmayan Rəhmanov İqor Vladimiroviçin cəsədi aidiyyəti üzrə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=347789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR