Paşinyan ODLA OYNAYIR:

"Ötən iki gündə ABŞ- ın sədrliyi ilə baş tutmuş demokratiya sammiti maraqlı məqamlarla yadda qaldı. İlk növbədə onu deyək ki, nəinki Azərbaycan və Türkiyə, ümumiyyətlə heç bir türkdilli dövlət iclasa dəvət olunmamışdı. Bu, ABŞ-ın türkəfobiyasının əsas təzahürüdür".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Kənan Novruzov açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyə ilə münasibətləri heç də birmənalı olmayan və radikal siyasi yolu tutan Bayden administrasiyasının Türk şurası dövlətlərinin inteqrasiyasından ehtiyat etdiyi hiss olunur.

"ABŞ-ın əsas rəqibləri olan Rusiya və Çin də bu toplantıda yer almadı. Məlumdur ki, ABŞ- Rusiya, ABŞ-Çin münasibətləri kifayət qədər gərgindir. Bundan sonra isə ikitərəfli münasibətlərin daha da kritikləşəcəyi qətiyyən istisna deyil. Ermənistan sammitdə iştirakı ilə öyünə bilər. Yəqin ki, bundan təbliğat vasitəsi kimi istifadə də ediləcək. Lakin İrəvan demokratiya sammitində iştirakı ilə ən azı qazandığı qədər də itirdi. Məsələ ondan ibarətdir ki, Rusiya səssiz qalmayacaq".

Siyasi şərhçi deyir ki, yaxın gələcəkdə, hətta qarşıdakı günlərdə Moskvanın İrəvanı cəzalandırmasının şahidi olacağıq. Şübhəsiz ki, ABŞ heç də özünün təqdim etdiyi kimi demokratik ölkə deyil. Bunu ayrı- ayrı vaxtlarda baş vermiş hadisələr, o cümlədən rəngli inqilablar, "ərəb baharları" sübut edir.

"İndiyədək Vaşinqtonun xarici siyasətində kifayət qədər ciddi səhvlər olub. Baydenin radikal siyasi xətti isə müasir beynəlxalq münasibətlər üçün o qədər də arzuolunan deyil. Bütün bunları nəzərə alsaq deməliyik ki, demokratiya sammiti tez unudulacaq. Lakin təsirləri uzun müddət qalacaq" deyə K. Novruzov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR