Azərbaycanda görünməmiş olay:

Bir neçə gün əvvəl Qax rayonu Oncallı kəndində baş verən yanğınla bağlı maraqlı məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, yanan evin söküntüsündən sonra ortaya çıxanlar hər kəsi dəhşətə gətirib. Belə ki, dekabrın 10-da sözügedən ev sökülüb və evin altından çoxlu ilanlar çıxıb.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, ilanların sayı o qədər çox olub ki, sanki yerdən ilan "qaynayıb".

Qeyd edək ki, dekabrın 7-də Qax rayonunun Oncallı kəndində ümumi sahəsi 140 m² olan (hər mərtəbəsi 70 m²) ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü yanıb.
282196


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR