“Keşlə” 1/4 finala adladı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, “Keşlə” doğma azarkeşləri önündə “Qaradağ Lökbatan”ı sınağa çəkib.

Premyer Liqa təmsilçisi 2:1 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.

“Keşlə”nin qollarına 32-ci dəqiqədə Samir Abdullayev və 58-ci dəqiqədə Rəhman Hacıyev imza atıb. Qonaqlardan isə 7-ci dəqiqədə Elnur Səmədov fərqlənib.

Qeyd edək ki, 1/8 finalın son matçı “Sabah” və “Kəpəz” komandaları arasında baş tutacaq.

Xatırladaq ki, bundan öncə “Səbail”lə “Qəbələ” adını 1/4 finala yazdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR