Daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatdı

Daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatdı
06:39 30 May 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Texas və Oklahoma ştatlarında daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin təbii fəlakətin qurbanı olduğu bildirilirdi.

 

Son məlumatlara əsasən, 15 nəfər itkin düşmüş hesab edilir. 24 nəfər Texasda, 4 nəfər isə Oklahoma ştatında ölüb.

 

Sinoptiklərin proqnozlarına görə, yağıntılar bir neçə həftə davam edə bilər. Qeyri-sabit hava şəraiti daşqınların yaratdığı fəsadların aradan qaldırılmasına çətinlik törədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/204260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR