Daha bir ölkədə güclü zəlzələ oldu

Bu gün İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Ambon şəhərindən 380 kilometr cənub-şərqdə, ocağının 30 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR