Yenilənən Bakının dəyişməyən məkanı - FOTOREPORTAJ

Yenilənən Bakının dəyişməyən məkanı - FOTOREPORTAJ
08:32 19 Yanvar 2015
401 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzinin, demək olar, bütün hissəsi bərpə olunsa da, ancaq Dəmiryolu vağzalından hələ də sovet qoxusu gəlməkdədir. Uzun zamandır paytaxt Bakıya təştif buyuranları salamlayan, gedənləri isə yola salan vağzalın görünüşü məyus edir
Milli.Az bildirir ki, bir vaxtlar adıçəkilən məkanın yenidən təmir ediləcəyi və ya başqa  məkana köçürüləcəyi deyilsə də, nədənsə qeyd olunanlar baş tutmayıb.

İllər öncə təmir işləri aparılan Dəmiryolu vağzalında bəzi avadanlıqlar artıq pas atıb.



Vağzalın mövcud durumununa münasibət və bu mənada nəzərdə tutulan işlər (əgər varsa) barədə öyrənməyə çalışdıq. Milli.Az-a açıqlama verən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov problemi maliyyənin olmadığında gördü:

"Bir vaxtlar vağzalın giriş-çıxış olan hissəsini təmir olunurdu, ancaq bəzi səbəblərdən həmin təmir işləri dayandı. Hal-hazırda isə lazım olan maliyyə olmadığından bu işləri tamamlaya bilmirik.

Demək olar, bütün vəsaitlər "Böyük Kəsik" yoluna xərclənir. Özünüz də işlərin gedişatı ilə tanış olursunuz ki, artıq neçə kilometrlərlə bütün relslər dəyişilib və xeyli işlər görülüb".

Digər ölkələr ilə Bakının dəmiryol vağzalını müqayisə etsək, görərik ki, bu məkandan, sözün əsl mənasında, sovet qoxusu gəlir



Frankfurt-Mayn şəhərinin dəmiryol vağzalı...



Sərnişinlərin "zövqünu oxşayan" Bakı vağzalının platforması
...





Frankfurt-Mayn şəhərinin dəmiryol vağzalının platforması...



Bakı vağzalının işsiz kassaları...



Bu isə alman vağzalının kassasıdır



Banqladeşi xatırladan bir foto... Bu da Bakıda




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR