Ölüm yatağında olan insanların etdikləri son şey - Bu sirlərini məzara...

ABŞ-da bir xəstəxananın reanimasiya şöbəsində işləyən tibb bacısı sosial şəbəkə hesabında ölüm yatağında olan insanların ölməzdən əvvəl etdikləri son şeyləri paylaşıb.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, tibb bacısı ölüm yatağında olan insanların demək olar, hamısının günahlarını etiraf etdiyini bildirib.

Ölüm insanın ən çox maraqlandığı mövzu olaraq qalır. İnsanlar ölümlə bağlı yazılanlara, çəkilənlərə böyük maraq göstərirlər. ABŞ-da bir xəstəxananın reanimasiya şöbəsində çalışan və sosial şəbəkədə “Graymetrical” adından istifadə edən qadın ölüm yatağında olan insanlarla bağlı paylaşımı diqqət çəkib.

Ölüm yatağında olan insanların sirlərini məzara aparmalarının lazım olduğunu bildirən tibb bacısı deyib: “Reanimasiyada olan və ömrünün sonuna çatan insanların etdikləri ən son şey etiraf etmək olur. Ölüm döşəyində olan insanlar keçmişlərində etdikləri günahları etiraf edib rahat olmaq istəyirlər. Amma bu sirlərini məzara aparmalıdırlar”.

Tibb bacısı ölüm yatağında olan bir saç ustasının etiraflarını da paylaşıb:

“Reanimasiyada can verən bir saç ustası ilə söhbətimi xatırlayıram. O, mənə öz saçlarını xərçəng xəstələrinə bağışlayan insanlar haqda danışdı. Amma o bu saçları xəstələrin yerinə öz müştərilərinə satmışdı. Bundan peşman olmuşdu”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR