İstirahətə getmək istəyənlərin NƏZƏRİNƏ:

"Yerli mühiti və qonşu ölkələrdəki epidemioloji vəziyyəti nəzərə alaraq sərhədlərin qismən açılması təmin edilə bilər",

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir" verlişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib ki, bu məsələ Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq: "Hələlik özümüz mümkün qədər qoyulan qaydalara əməl etməliyik. Bu rəqəmlər elə-belə göydən düşməyib. Yeni il şənlikləri zamanı qaydalara riayət olunmalıdır.

Sərhədlərin açılması ilə bağlı qərarlar ola bilər ki, yeni il ərəfəsində bütün dünyada yumşalmalar davam etsin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR