"Qarabağ" təsdiqlədi:

"Qarabağ" Azərbaycan millisinin və Ukrayna "Minay"ınln futbolçusu Rüstəm Əhmədzadə ilə anlaşdığını təsdiqləyib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, artıq 21 yaşlı hücumçunun klubu və özü ilə razılıq əldə olunub.

G.Abbaszadə gənc forvardın yaxın günlərdə Bakıya gələcəyini bildirib: "Tibbi müayinədən uğurla keçəcəyi təqdirdə onunla rəsmi müqavilə imzalanacaq. Sözləşmənin detalları barədə daha sonra açıqlama veriləcək".

Qeyd edək ki, Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan "Minay"da çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR